"15 May-Beynəlxalq Ailə Günü" ilə əlaqədar 63 il müddətində birlikdə ömür sürən ailəyə səfər edilib.
"15 May-Beynəlxalq
Ailə Günü" ilə əlaqədar Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin məsul
işçiləri 63 il müddətində birlikdə ömür sürən Bakıxanov qəsəbə sakini Nəsibov
Emin Əziz oğlu və Nəsibova Mehriban Vəkil qızını ziyarət ediblər.
06.09.1936-cı
il təvəllüdlü Nəsibov Emin Eziz oğlu və 01.12.1946-cı il təvəllüdlü
Nəsibova Mehriban Vəkil qızı 10.10.1961-ci ildə nikaha daxil olaraq ailə
həyatı qurublar və 4 övladları var. Hal-hazırda onların 10 nəvəsi və 17
nəticəsi var. Söhbət zamanı Emin Nəsibov bildirdi ki, həmişə biri birinə
hörmətlə yanaşıblar, mehriban olublar, ailənin təməli möhkəm olub və daima ailə
dəyərlərini qoruyub saxlamışlar.
Görüş zamanı milli-mənəvi
dəyərlərinin qorunması, yaşlı nəsillərə hörmət , uzunömürlü ailələrin örnək
olaraq təbliğ edilməsi, gənclərin ailə həyatına münasibəti və hazır olması
barədə söhbət aparılmışdır. Bələdiyyə tərəfindən uzunömürlü ailəyə hədiyyə təqdim
edilmişdir.
Rəy yaz
Digər xəbərlər
Son xəbərlər
-
Yol təmiri və bərpası16-02-2026 , 15:03
-
-
MƏHLƏDAXİLİ YOLLARIN ABADLAŞDIRILMASI09-01-2026 , 14:24
-
YOL İNFRASTRUKTURUNUN BƏRPASI25-11-2025 , 15:45
-
YOL İNFRASTRUKTURUNUN YENİLƏNMƏSİ VƏ BƏRPASI23-10-2025 , 13:02
-
Şəhid Nağıyev Murad Mayıl oğlunun anım günü12-10-2025 , 12:11
-
Şəhid Quliyev İlkin Rəfail oğluna ehtiramla10-10-2025 , 14:21
-
Valideyin himayəsindən məhrum olmuş uşaqlar15-09-2025 , 10:43
-
Abadlıq və quruculuq işləri30-08-2025 , 22:45
-
Təmir və abadlıq 02.06.202517-06-2025 , 18:14
-
Təcrübə proqramı11-06-2025 , 19:10
-
Asfalt örtüyünün salınması 21.05.202502-06-2025 , 15:12
Rəylər
107 rəy