Artıq onlayn ödənişləri buradan edə bilərsiniz.

contact@bakixanovbelediyyesi.az

Bakıxanov qəsəbəsi sakini Şəhid leytenant Murad Nağıyevin xatirəsinə həsr olunmuş "9-cu mərtəbə" romanın təqdimatı keçirilib.

10-02-2026 , 15:10

Bakıxanov bələdiyyəsi və Bakıxanov qəsəbəsi üzrə icra nümayəndəliyinin iştirakı ilə yazıçı İlqar Kamilin şəhid leytenant Murad Nağıyevin məktubları əsasında qələmə aldığı “9-cu mərtəbə” romanının təqdimatı keçirilib.

Tədbirdən öncə Bakıxanov bələdiyyəsinin əməkdaşlari və Bakıxanov qəsəbə nümayəndəliyi, İkinci Fəxri Xiyabanda şəhid Murad Nağıyevin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Azərbaycan Milli Kitabxanasında baş tutan təqdimatda şəhidlərin xatirəsinin yaşadılmasının, onların həyat yolunun və mənəvi dünyasının ədəbiyyat vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Rəylər

0 rəy

Rəy yaz

Digər xəbərlər