Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar könüllü qanvermə aksiyası keçirildi
Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi, Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” nin birgə təşkilatçılığı ilə 26.04.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirildi.
“Bir damla QAN bir HƏYAT deməkdir!” şüarı altında keçirilən aksiyada 800 nəfərdən çox insan könüllü iştirak etdi.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.
Qeyd edək ki, qanvermə aksiyasında iştirak edən vətəndaşlar üçün Bakıxanov bələdiyyəsi tərəfindən çay, şirniyyat süfrəsi təşkil edilmişdir.
Rəy yaz
Digər xəbərlər
Son xəbərlər
-
-
MƏHLƏDAXİLİ YOLLARIN ABADLAŞDIRILMASI09-01-2026 , 14:24
-
YOL İNFRASTRUKTURUNUN BƏRPASI25-11-2025 , 15:45
-
YOL İNFRASTRUKTURUNUN YENİLƏNMƏSİ VƏ BƏRPASI23-10-2025 , 13:02
-
Şəhid Nağıyev Murad Mayıl oğlunun anım günü12-10-2025 , 12:11
-
Şəhid Quliyev İlkin Rəfail oğluna ehtiramla10-10-2025 , 14:21
-
Valideyin himayəsindən məhrum olmuş uşaqlar15-09-2025 , 10:43
-
Abadlıq və quruculuq işləri30-08-2025 , 22:45
-
Təmir və abadlıq 02.06.202517-06-2025 , 18:14
-
Təcrübə proqramı11-06-2025 , 19:10
-
Asfalt örtüyünün salınması 21.05.202502-06-2025 , 15:12
-
Yeni asfalt örtüyünün salınması 25.05.2527-05-2025 , 10:57
Rəylər
0 rəy