15 May Ailə günü
15 May – Beynəlxalq Ailə Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakıxanov Bələdiyyəsinin təşkilatçılığı ilə iki dəyərli ailə ziyarət olundu. 48 illik sevgi, hörmət və qarşılıqlı anlayışla bir ömür paylaşan Qurbanovlar ailəsi bizlərə əsl ailə dəyərlərinin necə qorunub yaşadıldığını göstərdi. Üç övlad, doqquz nəvə və bir nəticə ilə böyüyən bu gözəl ailə illərin sınağından sevgi ilə çıxaraq hər birimiz üçün nümunəyə çevrilib. Digər ziyarətimiz Vətən uğrunda canından keçən şəhidimiz Əkbər Hüseynovun ailəsinə oldu. Şəhidimizin əziz anası Tahirə xanım, atası, bacısı və qardaşı ilə görüşmək həm qürurverici, həm də kövrək anlarla yadda qaldı. Bu ailələr bizim ən böyük dəyərimiz, milli və mənəvi gücümüzdür. Ailə cəmiyyətin təməlidir. Sevgi, sədaqət və vətənə bağlılıq üzərində qurulan hər ailə gələcəyimizin ən böyük dayağıdır.ailə insanın güvən yeridi.Ailə yalnız bir ev deyil, ailə insanın ürəyində daşıdığıən müqəddəs bağ, ən böyük dayaq və qiymətli sərvətdir.
Rəy yaz
Digər xəbərlər
Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi və M. Feteliyev küçəsində yol kənarında olan piyada səkisinin ətrafı boyunca yeni qazon örtüyü çəkilmiş, həmçinin dəmir məhəccərlər quraşdırılmışdır
16 Mart 2026
Son xəbərlər
-
-
Yol təmiri və bərpası16-02-2026 , 15:03
-
-
MƏHLƏDAXİLİ YOLLARIN ABADLAŞDIRILMASI09-01-2026 , 14:24
-
YOL İNFRASTRUKTURUNUN BƏRPASI25-11-2025 , 15:45
-
YOL İNFRASTRUKTURUNUN YENİLƏNMƏSİ VƏ BƏRPASI23-10-2025 , 13:02
-
Şəhid Nağıyev Murad Mayıl oğlunun anım günü12-10-2025 , 12:11
-
Şəhid Quliyev İlkin Rəfail oğluna ehtiramla10-10-2025 , 14:21
-
Valideyin himayəsindən məhrum olmuş uşaqlar15-09-2025 , 10:43
-
Abadlıq və quruculuq işləri30-08-2025 , 22:45
-
Təmir və abadlıq 02.06.202517-06-2025 , 18:14
-
Təcrübə proqramı11-06-2025 , 19:10
Rəylər
0 rəy