Beynəlxalq sülh günü münasibətilə tədbir.
21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixləri ölkə ərazisində “Sülh Aylığı” elan edilmişdir.
Bununla əlaqədar Bakıxanov Bələdiyyəsində “Sülh Aylığı” çərçivəsində iclas keçirilmişdir.
İclas zamanı sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə sülh və insan hüquqları mədəniyyətinin təşviqi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə qeyd edilmişdir ki, sülhün qorunması və insan hüquqlarına hörmət cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən biridir. Bu istiqamətdə ictimai məlumatlılığın artırılması, sülh və tolerantlıq dəyərlərinin təbliği xüsusi əhəmiyyət kəsb edir.
İclasın sonunda “Sülh Aylığı” çərçivəsində Bakıxanov Bələdiyyəsi tərəfindən müvafiq maarifləndirici tədbirlərin həyata keçirilməsi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı məsələlər müzakirə edilmişdir.
Rəy yaz
Digər xəbərlər
Son xəbərlər
-
Şəhid QULİYEV ASİM BƏKİR15-10-2026 , 12:10
-
Murad Nağıyev Mayıl oğlu12-10-2026 , 11:58
-
Şəhidlər ölməz Vətən bölünməz.10-10-2026 , 13:10
-
1 Oktyabr Ahillar günü08-10-2026 , 13:01
-
Şəhid İbrahimov Müşfiq Nəbi oğlu08-10-2026 , 12:53
-
Şəhid Şalıyev Ceyhun Nüsrət oğlu01-10-2026 , 15:41
-
Şəhid Hüseynov Əkbər Bahadur oğlunun xatirəsinə həsr olunmuş tədbir.29-09-2026 , 15:53
-
Təmir və bərpa09-09-2026 , 11:01
-
Milli qəhrəman Eldar Xəlilovun 50 illik yubileyi19-08-2026 , 17:09
-
15 May Ailə günü15-05-2026 , 15:37
-
-
Yol təmiri və bərpası16-02-2026 , 15:03
Rəylər
0 rəy