12 iyun 2024-cü il tarixdə Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının yaranma tarixi və müasir milli qanunvericilik” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Tədbirdə Bakıxanov bələdiyyəsinin əməkdaşları, qəsəbə sakinləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Kamandar Hüseynov iştirak edirdilər.
Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov tədbir iştirakçılarını salamlayaraq onlara ictimai işlərdə fəal olmaq və bu tədbirin keçirilməsində uğurlar arzu etmişdir.
Gender
məsələləri üzrə şöbə müdiri Səbahət Hünbətova çıxış edərək bildirdi ki , Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 18 iyun tarixli Sərəncamı
ilə Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə
İnsan Hüquqları Günü kimi təsis edilmişdir.Bu Sərəncamdan irəli gələn vəzifələrdən
və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edildiyi nəzərə alınaraq (OMBUDSMAN) Aparatı tərəfindən 18 may -18 iyun tarixləri
“İnsan Hüquqları Aylığı” elan edilmiş və ənənəvi olaraq hər il Respublika ərazisində
geniş qeyd olunur. Bu tədbirlərin
keçirilməsi eyni zamanda maarifləndirmə tədbirləri kimi qiymətləndirilir. Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının vəkili Kamandar Hüseynov öz çıxışında məhkəmə
sistemində keçirilən islahatlardan, qanunvericilik və vəkillik sahəsinin
inkişafından, aparılan təkminləşdirmə işlərindən söhbət açdı. Kamandar Hüseynov
cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, dünyaya göz açan məqamdan
bu dünyadan köçənə qədər insan hüquqlarının müdafiəsi sahəsində olan nailiyyətlərdən,
insan hüquq və vəzifələrindən, hüquqi vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi
demokratik dövlət quruculuğu sahəsində Respublikamızda aparılan uğurlu siyasət
haqqında məlumat verdi. Konfrans mövzu ətrafında müzakirələrlə
davam etdi və çıxışdan sonra tədbir iştirakçılarının çoxsaylı sualları
cavablandırıldı.
Rəy yaz
Digər xəbərlər
Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təmizlik, abadlıq işləri aparıldı.
07 Iyun 2024
Bakıxanov bələdiyyəsi "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə Şəhid Bababəy Şamil Nazim oğlunun qız övladını təbrik etmək üçün evlərində qonaq oldu.
03 Iyun 2024
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar könüllü qanvermə aksiyası keçirildi
17 May 2024
Bakıxanov bələdiyyəsində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiya fəaliyyət göstərir.
16 May 2024
"15 May-Beynəlxalq Ailə Günü" ilə əlaqədar 63 il müddətində birlikdə ömür sürən ailəyə səfər edilib.
15 May 2024
"15 May-Beynəlxalq Ailə Günü" ilə əlaqədar "Mənim mehriban ailəm" mövzusunda foto müsabiqə keçirilmişdir.
15 May 2024
Son xəbərlər
-
-
-
Bakıxanov qəsəbəsində növbəti iməcilik keçirildi
20-05-2024 , 13:42
-
-
-
-
-
-
Bakıxanov bələdiyyəsi Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirib
22-05-2023 , 11:59
Rəylər
0 rəy